Smm Nedir ? | Smm Kurslari

Sosial Media Marketinq (SMM) Sosial şəbəkələrdə həyata keçirilən ardıcıl marketinq əməlliyatları toplusudur.

Yəni Smm hamının düşündüyü kimi instagram yaxud facebook kimi platformalardan gündəlik post paylaşmaqdan ibarətdir demək yanlışdır. Çoxlarının fikrincə Sosial Media Marketinq işi Mesajlara cavab yazılması səhifəyə Smm paneller-dən istifadə edərək süni şəkildə bəyəni və izlənmə sayı artırılması gündəlik şəkil və video paylaşıb ayda bir dəfə kicik büdcəli Sponsorlu reklam etməkdən ibarətdir.

Tam şəkildə izah versək Sosial Media Markətinq yəni Smm hərkəzin istifadə etdiyi sosial media platformaları üzərindən hər hansı bir məhsul və yaxud xidmətin tanıdılması üçün həyata keçirilən peşəkar fəaliyyətlərdir.
Bura hədəf kütlənin tapılması onlara uyğun məzmun yaradılması, mətnlərin yazılması, yaradılan kontentə uyğun dizaynların və çəkilişlərin hazırlanması peşəkar şəkildə paylaşılması, həmin paylaşımların tam professional reklamlarla dah çox müştəri auditoriyasına çatdırılması, və hətta gələn müştəriyə satışın belə edilməsi bəzən Sosial Media Marktinqə daxildir Smm menecerin işidir.

Smm-in əhəmiyyətini indi-indi anlayırıq!

Son zamanlar sosial şəbəkə istifadəçilərinin sayının kəskin artmasından sonra şirkətlər, bizneslər, sahibkarlar Smm fəaliyyətinin və Smm menecerin əhəmiyyətini daha çox anlamağa başlayıblar.

 Çünki hərkəs gününün müəyyən saatını assıllılıqla yaxud sevərək soisal şəbəkədə keçirdir. Yəni bütün növ məhsul və xidmətlərin potensial alıcıları sosial şəbəkələrdə olduğu üçün hər bir biznes sahibi artıq Smm işinə nəqədər dəyər verməli olduğunu anlayır. Bu səblədə 90 faiz sirkət və müəssisələrdə Smm mütəxəssis digər adı ilə Smm menecer axtarılır.

Smm Menecer Nə İş Görür ?

Bura Azərbaycandır burada hamı ideal işçi axtarışındadır bunu unutmayın!

Normal Smm Menecer:
1. Şirkətin imicinin qoruyacaq və formalaşdıracaq rəqəmsal marketinq addımlarının tapılması və planlanması.
2. Sosial şəbəkə hesablarının idarə edilməsi
3. Sosial media reklamlarının peşəkar təşkili və idarə edilməsi.
4. Dizayner, kontent menecer, kopirayter işindən anlaması və bu şəxslər ilə vəhdət halında çalışa bilməsi
5. Atılan addimların hesabatı

 

Azərbaycanda Smm Menecer:

1. Şirkətin imicinin qoruyacaq  və  formalaşdıracaq rəqəmsal marketinq addımlarının tapılması və planlanması.

2. Sosial şəbəkə hesablarının idarə  edilməsi

3. Sosial media reklamlarının peşəkar  təşkili və  idarə edilməsi.

4.Hazırlanacaq paylaşımlar üçün  satış  və tanıtım xarakteri kontentlərin tapılması.

5.Tapılan kontentlər ilə postların hər növ paylaşımların dizayn edilməsi və paylaşılması.

6. Soisal Media üçün mətnlərin yazılması

7. Müştərilər ilə sorğuların təşkili

8. Bazar araşdırması və təhlili

9. Reklamdan əldə  edilən müştərilərə  mesaj qutusundan yaxud  zəng  ilə  satışın  edilməsi

10. Smm işi üzrə Həftəlik,  aylıq,  illim hesbatların verilməsi

11. Sadalasaq bitməyəcək))