Bütün proqram

Alqoritm və hədəf kütləsi

8. Hədəf kütləsi anlayışı

34 dəq Kurs sahiblərinə

Hədəf kütləsi anlayışı: reklamı kimə göstərməli və auditoriya parametrləri (yaş, maraq və s.).

Bu dərsdə

  • Hədəf kütlə nədir
  • Auditoriya parametrləri
  • Düzgün auditoriya seçimi

Dərs haqqında

Səkkizinci dərs hədəf kütlə anlayışına həsr olunub: reklamı kimə göstərməli, auditoriya parametrləri (yaş, maraq, coğrafiya və s.) necə seçilir. Reklamın nəticəsinə ən çox təsir edən qərar məhz auditoriya seçimidir, ona görə bu dərs reklam dərslərindən əvvəl gəlir.

Dərsi izləyəndən sonra öz biznesin üçün hədəf kütləni təyin etməyi və Meta reklamında auditoriyanı düzgün qurmağı bacaracaqsan. Mövzunun yazılı izahı Hədəf kütlə necə təyin edilir məqaləsindədir.

Tez-tez verilən suallar

Hədəf kütləni dar, yoxsa geniş seçmək lazımdır?
Çox dar da, çox geniş də nəticəni pisləşdirir. Orta genişlikdən başlayıb nəticəyə görə dəqiqləşdirmək məntiqlidir.
Bu dərs reklamdan əvvəl nə üçün gəlir?
Çünki reklam auditoriya seçimindən asılıdır. Auditoriya düzgün seçilməyəndə yaxşı kreativ də nəticə vermir.

Dərsdən sonra praktik tapşırıqlar

  1. Müştərini təsvir et: yaş aralığı, yaşadığı yer, maraqları, problemi və satın alma səbəbi.
  2. Mövcud müştərilərin ümumi xüsusiyyətlərini siyahıya al və hədəf kütləndən nə qədər fərqləndiyinə bax.
  3. İki fərqli auditoriya təsviri yaz və hansının reklam üçün daha dəqiq olduğunu müəyyən et.

Ən çox edilən səhvlər

  • “Hamı mənim müştərimdir” deyə çox geniş auditoriya seçmək.
  • Yalnız yaş və cinsiyyətə baxıb maraqlar və davranışı nəzərə almamaq.
  • Auditoriyanı bir dəfə seçib heç vaxt yoxlamamaq. Nəticələrə baxıb düzəliş etmək lazımdır.

Kursda yeri

Bu dərs kursun 15 dərsindən 8-cidir və «Alqoritm və hədəf kütləsi» bölməsinə aiddir: alqoritm necə düşünür, kimə reklam göstərməli. Əvvəlki dərs «Alqoritm necə işləyir» idi, növbəti dərs isə «Ads Manager: ilkin anlayışlar». Proqramın tam siyahısı üçün kurs proqramına bax, kursun özü, qiyməti və sertifikatı haqqında isə SMM kursu səhifəsində oxuya bilərsən.

Əvvəlki dərs, 7. Alqoritm necə işləyir: Alqoritmin kontenti necə seçdiyi və çatımı (reach) nə təsir edir.

Növbəti dərs, 9. Ads Manager: ilkin anlayışlar: Ads Manager ilə tanışlıq: kampaniya strukturu və panelin əsasları.

Mövzu üzrə məqalələr