Bütün proqram

Alqoritm və hədəf kütləsi

7. Alqoritm necə işləyir

16 dəq Kurs sahiblərinə

Alqoritmin kontenti necə seçdiyi və çatımı (reach) nə təsir edir.

Bu dərsdə

  • Alqoritmin işləmə məntiqi
  • Çatıma təsir edən amillər
  • Kontentə tətbiqi

Dərs haqqında

Yeddinci dərs alqoritmin kontenti necə seçdiyini və çatıma (reach) nəyin təsir etdiyini izah edir. Alqoritm sosial mediada kimin nəyi görəcəyini müəyyən edən sistemdir. Onu başa düşmək kontenti təsadüfi yox, məqsədli hazırlamağa kömək edir.

Dərs nəzəri izahla bitmir: çatıma təsir edən amillər kontentə necə tətbiq olunur, bu da göstərilir. Yazılı izah üçün Instagram alqoritmi məqaləsini oxuya bilərsən.

Tez-tez verilən suallar

Alqoritmi aldatmaq mümkündürmü?
Xeyr, amma onunla uyğun işləmək olar: faydalı kontent, müntəzəm paylaşım və auditoriya ilə ünsiyyət çatımı artırır.
Çatım və göstərilmə eynidirmi?
Xeyr. Çatım kontenti görən fərqli adamların sayıdır, göstərilmə isə ümumi görünmə sayıdır.

Dərsdən sonra praktik tapşırıqlar

  1. Son 10 paylaşımının çatımına və reaksiyalarına bax, ən yaxşı və ən zəif nəticəni müqayisə et.
  2. Kontentin ilk saniyələrini (ilk cümlə, ilk kadr) yenidən yaz ki, diqqəti daha tez cəlb etsin.
  3. Bir həftə ərzində eyni mövzunu iki fərqli formatda paylaş və nəticəni müqayisə et.

Ən çox edilən səhvlər

  • Alqoritmi “aldatmağa” çalışmaq. Əsas məqsəd insanların həqiqətən maraqlandığı kontent yaratmaqdır.
  • Bir paylaşımın nəticəsinə görə nəticə çıxarmaq. Ən azı bir neçə paylaşıma baxmaq lazımdır.
  • Hashtag və mətn üzərində işləyib videonun ilk saniyəsini unutmaq.

Kursda yeri

Bu dərs kursun 15 dərsindən 7-cidir və «Alqoritm və hədəf kütləsi» bölməsinə aiddir: alqoritm necə düşünür, kimə reklam göstərməli. Əvvəlki dərs «Meta Business Suite: paylaşım və mesajlar» idi, növbəti dərs isə «Hədəf kütləsi anlayışı». Proqramın tam siyahısı üçün kurs proqramına bax, kursun özü, qiyməti və sertifikatı haqqında isə SMM kursu səhifəsində oxuya bilərsən.

Əvvəlki dərs, 6. Meta Business Suite: paylaşım və mesajlar: Meta Business Suite ilə paylaşımların planlanması, mesajlara cavab və digər alətlərlə praktik iş.

Növbəti dərs, 8. Hədəf kütləsi anlayışı: Hədəf kütləsi anlayışı: reklamı kimə göstərməli və auditoriya parametrləri (yaş, maraq və s.).

Mövzu üzrə məqalələr