Sosial Media Marketinq (SMM) mütəxəssisi
iSchool Təhsil Mərkəzi
- Bakı
- Tam ştat
- 13 oktyabr 2026 · son tarix 16 noyabr 2026
Vakansiya haqqında
Komandamıza "Sosial Media Marketinq (SMM) mütəxəssisi" üçün axtarışındayıq.
Əsas tələblər:
Marketinq və ya oxşar sahə üzrə ali təhsil;
Aidiyyatı sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
Aidiyyatı sahə üzrə portfolio
İşinə qarşı həvəsli, məsuliyyətli, yeniliklərə açıq olmalı.
İş şərtləri:
İş günləri: 1-6-cı günlər, bazar günü istirahət;
Tam-ştat iş rejimi;
Minimum əmək haqqı- 700 AZN
Vəzifə öhdəlikləri:
Aylıq post planın tərtib olunması və kontentlərin (mətn, foto, video və.s) hazırlanması;
Şirkətin sosial media hesablarının idarə edilməsi və (Instagram, Facebook və s.) nəzarəti həyata keçirmək;
Dizaynerin təqdim etdiyi postların analiz edilərək "post-text"-lərin hazırlanması və günlük paylaşımların həyata keçirilməsi;
Sosial şəbəkələrdə müştərilər tərəfindən daxil olan müraciətlərin və sorğuların şirkətin adından korporativ dəyərlər çərçivəsində cavablandırılması;
Hazırlanan material və kontentlər əsasında şirkətin marketinq strategiyasına uyğun video çəkilişləri həyata keçirmək və montaj etmək.
Aidiyyatı rəhbərliyə görülmüş işlər barədə gündəlik və aylıq hesabatların təqdim edilməsi.
Saytla bağlı (ischool.az) ümumi işlərin (dizaynların hazırlanması və "admin-panel"-in idarə edilməsi) görülməsi
Şirkətin sosial media hesablarında hekayə bölümü üçün sadə dizaynların hazırlanması
Kampaniya, tədbir və xüsusi layihələr üzrə sosial media kontentlərinin hazırlanması və koordinasiyası.
Bizimlə çalışmağın üstünlükləri:
Fərdi və komanda şəklində inkişaf; (əməkdaşlar üçün təlimlər təşkil edilir)
Mərkəzin təqdim etdiyi xidmətlərdən tam ödənişsiz şəkildə yaralanma hüququ.
Qeyd: Namizədlərin Rus dili biliyinin olması üstünlükdür.
Müraciət üçün orijinal elana keç
Mənbə: hellojob.az. Elanın aktuallığı və müraciət qaydası orada göstərilir.
hellojob.az-da bax