SMM mütəxəssisi (xanım)

MyDom Daşınmaz Əmlak Agentliyi

Vakansiya haqqında

Yaş: 24 yaşdan 33 yaşadək

Təhsil: Ali

İş təcrübəsi: 1 ildən 3 ilə qədər

VAKANSİYA: SMM MÜTƏXƏSSİSİ (Xanım)

Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən komandamıza sosial media hesablarının idarə olunması və canlı yayım kontentlərinin hazırlanması üzrə xanım SMM mütəxəssisi axtarırıq.

İş haqqında məlumat:

İş qrafiki: 11:00 – 17:00 (Qrafik qarşılıqlı razılaşma ilə dəyişdirilə bilər).

İş rejimi: Gün ərzində minimum 3 saat ofisdə olmaq vacibdir. Ofis işindən sonra satışda olan əmlaklara gedərək çəkilişlər etmək, canlı yayımlar açmaq və materialları hazırlamaq tələb olunur.

Əməkhaqqı: 400 AZN + Hər uğurlu satış bonusu (Hazırladığı reklam və çəkilişlər sayəsində satılan hər ev üçün əlavə bonus ödənilir).

Ünvan / Əlaqə:

Müraciət üçün:

Kriteriyalara cavab verən namizədlər CV-lərini və ya əvvəlki iş nümunələrini nömrəsinə göndərə və ya birbaşa əlaqə saxlaya bilərlər.

Öhdəliklər

Şirkətin sosial media hesablarını (Instagram, Facebook, TikTok, YouTube, WhatsApp) peşəkar şəkildə idarə etmək.

Meta (Facebook/Instagram) platformalarında hədəflənmiş reklamların (Targeting) quraşdırılmasını və idarə olunmasını təmin etmək.

Satışda olan əmlakların foto, video, Reels və bloq kontentlərini hazırlayaraq bütün platformalarda yayımlamaq (Həftədə ən azı 1 evin tam video çəkilişini edib paylaşmaq).

Şirkətin və ofisin tanıtımı məqsədilə həftəlik 3 ədəd kreatıv/parodiya tipli video ssenarisi hazırlamaq və çəkilişini həyata keçirmək.

Sosial media şəbəkələrində müntəzəm canlı yayımlar təşkil etmək.

Satışda olan evlərin yerindən ən azı 2 saatlıq canlı yayımlar açmaq; canlı yayım zamanı mənzili satmaq və ya almaq istəyən potensial müştəriləri dəqiq məlumatlandıraraq agentliyin rieltorlarına yönləndirmək.

Canlı yayım və şərh bölmələrində müştərilərin suallarını operativ, nəzakətli və peşəkar şəkildə cavablandırmaq.

Tələblər

Cinsi: Xanım namizəd.

Təhsil: Ali və ya orta təhsil.

Təcrübə: SMM sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi.

Kamera qarşısında sərbəst, axıcı və özünəəmin danışıq qabiliyyəti.

Yüksək ünsiyyət bacarığı və aktiv satış/yönləndirmə qabiliyyəti.

Daşınmaz əmlak sahəsinə maraq və məlumatları tez mənimsəmə bacarığı.

Müraciət üçün orijinal elana keç

Mənbə: boss.az. Elanın aktuallığı və müraciət qaydası orada göstərilir.

boss.az-da bax

Digər vakansiyalar

Bütün SMM vakansiyaları