SMM mütəxəssisi
Leora Beauty
- Bakı
- 900 - 1000 ₼
- 9 noyabr 2026
Vakansiya haqqında
Yaş: 21 yaşdan 30 yaşadək
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Ağ Şəhər, 4-cü Park küçəsi;
İş qrafiki: həftədə 6 gün;
İş saatları: 10:00–19:00;
Aylıq əməkhaqqı: 900–1 000 AZN.
Müraciət qaydası:
CV-nizi və əvvəlki iş nümunələrinizdən ibarət portfolionuzu nömrəsinin WhatsApp hesabına göndərməyiniz xahiş olunur.
Öhdəliklər
Salonun sosial media səhifələrini aktiv şəkildə idarə etmək;
Gündəlik paylaşımlar üçün foto, video, Reels və Story kontentləri hazırlamaq;
Salonun xidmətlərini və iş prosesini əks etdirən çəkilişlər aparmaq;
Instagram və TikTok platformalarında canlı yayımlar təşkil etmək və aparmaq;
Müştərilərin şərhlərini və şəxsi mesajlarını (DM) operativ cavablandırmaq;
Paylaşımları reklama yerləşdirmək və reklam nəticələrini izləmək.
Tələblər
SMM sahəsində minimum 3 il iş təcrübəsi;
Peşəkar foto və video çəkilişi bacarığı;
Adobe Premiere Pro, Adobe After Effects və CapCut kimi proqramlarda peşəkar video montaj bacarığı;
Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı;
Kamera qarşısında rahat çıxış etmək, Instagram və TikTok platformalarında öz simasını göstərərək canlı yayımlar aparmaq və idarə etmək bacarığı;
Meta Ads Manager vasitəsilə Instagram və Facebook reklamlarını qurmaq, hədəf auditoriyanı seçmək və reklam kampaniyalarını idarə etmək bacarığı.
Müraciət üçün orijinal elana keç
Mənbə: boss.az. Elanın aktuallığı və müraciət qaydası orada göstərilir.
boss.az-da bax