SMM / Mobiloqraf (Kontent Kreator)
Knight Academy
- Bakı
- Tam ştat
- 15 noyabr 2026 · son tarix 20 dekabr 2026
Vakansiya haqqında
Knight Academy Xətai rayonunda premium dil və imtahan hazırlığı akademiyasıdır: General English, IELTS, SAT, alman dili və xaricdə təhsil. Sosial şəbəkələrimizi tam idarə edəcək, enerjili və ideyalarla dolu kontent kreator axtarırıq: videonu özü çəkən, özü montaj edən və işini süni intellektlə sürətləndirən birini.
Vəzifələr
Instagram və TikTok üçün Reels, post və story-ləri planlaşdırmaq, çəkmək, montaj etmək və paylaşmaq
Hər həftə yeni ideyalar gətirmək və onları həyata keçirmək
Müəllim və tələbələrlə çəkilişlər təşkil etmək, insanları kameranın qarşısına gətirmək
Hər iş günü akademiyanın həyatından story-lər paylaşmaq
Reklam üçün video və vizuallar hazırlamaq
Şərhlərə cavab vermək və yazanları WhatsApp-a yönləndirmək
Ay sonunda qısa hesabat: rəqəmlər və nəyin işlədiyi
Tələblər
Video çəkir və montaj edir (CapCut və ya oxşar proqram)
Süni intellekt alətlərindən (ChatGPT, Claude və s.) gündəlik işdə inamla istifadə edir
Azərbaycan dilində səlis və savadlı yazır
Rus və ya ingilis dilini ən azı danışıq səviyyəsində bilir
Enerjilidir və təşəbbüskardır: ideyanı tapşırıq gözləmədən gətirir
Nəticəni düşünür və işi yarımçıq qoymur
İradı sakit qəbul edir və növbəti dəfə düzəldir
Təklif edirik
Tam ştat, ofisdə iş (Xətai rayonu)
Əmək haqqı: 600 AZN
Süni intellekt abunəliyi akademiyanın hesabına
Kiçik komanda: işinizin nəticəsini birbaşa görürsünüz
Necə müraciət etməli
CV-nizi və portfolionuzu ünvanına göndərin. Mövzu: «SMM — Ad Soyad».
CV
Portfolio: çəkdiyiniz və ya montaj etdiyiniz ən azı 1 videonun linki (Instagram, TikTok, YouTube və ya Google Drive)
Müraciət üçün orijinal elana keç
Mənbə: hellojob.az. Elanın aktuallığı və müraciət qaydası orada göstərilir.
hellojob.az-da bax