Qrafik/Motion dizayner

Travacco

Vakansiya haqqında

Vakansiya: Qrafik və Motion Dizayner

Namizədə tələblər:

Qrafik dizayn və motion dizayn sahəsində ən azı 2 il iş təcrübəsi;

Adobe Photoshop, Illustrator, After Effects, Premiere Pro, Canva və digər dizayn proqramları ilə işləmək bacarığı;

Sosial media platformaları (Instagram, Facebook, LinkedIn, TikTok, YouTube) üçün kreativ vizuallar və animasiyalar hazırlamaq bacarığı;;

Süni intellekt alətləri ilə işləmək bacarığı (ChatGPT, Midjourney, Runway, Google Gemini, Kling AI və digər AI foto/video generasiya alətləri);

Müasir dizayn trendlərini, sosial media formatlarını və vizual marketinq prinsiplərini bilmək;

İngilis dili biliyi üstünlükdür;

Hazırlanmış işlərdən ibarət portfolio təqdim etmək.

İş barədə məlumat:

Şirkətin sosial media hesabları üçün kreativ reklam bannerləri, postlar, story və digər vizual materialların hazırlanması;

Məhsul və xidmətlərin tanıtımı üçün motion qrafika, animasiya və reklam videolarının hazırlanması;

Instagram Reels, TikTok və YouTube Shorts üçün dinamik video kontentin yaradılması;

Hazırlanmış foto, video, post, story və digər kontentlərin şirkətin sosial media hesablarında (Instagram, Facebook, LinkedIn, TikTok, YouTube) paylaşılması və paylaşımların planlaşdırılması;

Süni intellekt alətlərindən istifadə etməklə foto, video, animasiya və digər kreativ kontentin hazırlanması;

Yeni AI və dizayn texnologiyalarının gündəlik iş prosesinə tətbiqi.

Əmək haqqı: 750 AZN + KPI nəticələrinə görə əlavə bonus

İş qrafiki: 10:00–19:00 (həftə içi 5 gün), 10:00–16:00 (şənbə günü).

Şirkət: Travacco — turizm şirkətləri üçün ERP, CRM və biznes idarəetmə proqram təminatı.

Vebsayt: www.travacco.com

Qeyd: Müraciət zamanı portfolio təqdim olunması mütləqdir.

Müraciət üçün orijinal elana keç

Mənbə: hellojob.az. Elanın aktuallığı və müraciət qaydası orada göstərilir.

hellojob.az-da bax

Digər vakansiyalar

Bütün SMM vakansiyaları