Multidisiplinar Dizayner

Global Olympiyad Center

Vakansiya haqqında

Global Olympiad Center komandası olaraq sosial media, tədbirlər, reklam kampaniyaları və video kontentlər üzrə vizual kommunikasiyamızı daha da gücləndirəcək Multidisiplinar Dizayner axtarırıq.

Bizim üçün əsas olan ideyanı anlayan, vizual düşünən, brend üslubunu hiss edən, detallara diqqət edən və komanda ilə birlikdə həm dizayn, həm də video istiqamətində kreativ həllər yarada bilən bir komanda yoldaşıdır.

Bu rolda nələr olacaq?

Sosial media üçün kreativ vizualların hazırlanması

Reklam postları, story dizaynları, bannerlər və kampaniya materiallarının dizaynı

Afişa, sertifikat, diplom, broşür, roll-up, badge və digər çap materiallarının hazırlanması

Eventlər üçün vizual konseptlərin və dizayn materiallarının işlənməsi

Reels, qısa sosial media videoları və video montaj işləri

Mövcud brend üslubuna uyğun dizaynların hazırlanması

Komanda ilə birlikdə kreativ ideyaların hazırlanması və icrası

Namizəddən gözləntilərimiz:

Dizayn sahəsində 3+ il təcrübə

Video montaj bacarığı

Rəng, kompozisiya, tipoqrafiya və vizual balans anlayışı

Kreativ düşüncə və detallara diqqət

Tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək bacarığı

Çap dizaynı və çap öncəsi hazırlıq bilikləri

Brend üslubuna uyğun işləmə bacarığı

Portfolio təqdim edilməsi mütləqdir

Bilməli olduğu proqramlar:

Adobe Photoshop

Adobe Premiere Pro

Adobe After Effects

Üstünlükdür:

Təhsil, event və ya sosial media sahəsində dizayn təcrübəsi

Reklam kreativləri hazırlamaq bacarığı

Motion design və animasiya bilikləri

Sürətli və dinamik iş mühitində işləmə təcrübəsi

Süni intellekt dizayn alətlərindən istifadə bacarığı

Biz nə təklif edirik?

Beynəlxalq layihələrdə iştirak imkanı

Kreativ, gənc və dinamik komanda mühiti

Peşəkar inkişaf

Real tədbir və kampaniyalar üzərində işləmək təcrübəsi

Global Olympiad Center brendi ilə geniş portfolio formalaşdırmaq imkanı

Qeyd edək ki, Portfolio göndərməyən namizədlərin müraciətləri dəyərləndirilməyəcək.

İş saatı:

I-V günlər 10:00 - 18:00

VI günlər 10:00-17:00

Müraciət üçün orijinal elana keç

Mənbə: hellojob.az. Elanın aktuallığı və müraciət qaydası orada göstərilir.

hellojob.az-da bax

Digər vakansiyalar

Bütün SMM vakansiyaları